Bu ayların dərs proqramları qəbul imtahanına salınmaya bilər - RƏSMİ

“11-ci sinifin buraxılış imtahanları aprel ayında keçirilirdi. Keçən il imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəlcədən açıqlanırdı”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, yəqin ki, tədris olunmayan mövzular imtahana salınmayacaq:

“Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər”.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə qeyd edib ki, imtahanda istifadə edilən proqramlar ümumtəhsil dövlət standartına uyğun formada olur.

2020-04-27 / 19:22
Facebook