Xəbər verdiyimiz kimi, bu gündən etibarən karantin qaydaları yumşaldılır və bəzi iş yerlərinin fəaliyyəti bərpa olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:
fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
kitab satışı
qəzet satışı
dəftərxana mallarının satışı
çap və sürətçıxarma fəaliyyəti
fotoatelye/fotostudiyalar
fərdi mənzillərdə təmizlik xidmətləri
dərzi xidmətləri
kosmetika və ətriyyat satışı
geyim satışı
ayaqqabı və dəri məmulatlarının satışı
qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
kompüter avadanlıqlarının satışı və təmiri
elektronika və məişət texnikasının satışı
mebel satışı
avtomobil satışı
kimyəvi məhsulların satışı
gül və bitki məhsullarının satışı
kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
gübrə və aqrokimyəvi məhsulların satışı
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.