Nərimanov rayon məhkəməsinin 18.04.2020-ci il tarixli qərarı ilə Niftiyev Niyaz Məmmədəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 139-1.1, 320.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 3 ay müddətınə həbs qətimkan tədbiri seçilmişdir. Binəqədi bələdiyyəsinin sədri olub.
Qeyd edək ki, Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.