TƏBİB sədrindən koronavirusdan sağalma ilə bağlı AÇIQLAMA

 

“Bir gün ərzində çox xəstənin sağalması realdır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində növbəti həftələrdə daha yüksək nəticələrə nail ola biləcəyik:

“Bu gün tətbiq olunan müalicə protokolları beynəlxalq təcrübəyə əsaslanır. Martın əvvəlində Türkiyə Səhiyyə Nazirliyinə səfərimiz olmuşdu, oradan da protokolları almışıq. Eyni zamanda, ÜST-ün tövsiyələrini yerinə yetiririk”.

2020-04-16 / 13:18
Facebook