Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu məqsədlə DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.
Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.