Koronavirus tədbirləri çərçivəsində, Türkiyə Daxili İşlər Nazirliyi, həftə sonu baş verə biləcək sıxlığın qarşısını almaq üçün, 10 aprel, cümə günü, 48 saat küçəyə çıxma qadağası tətbiq edib.
Gulustan.info türk mediasına istinadən xəbər verir ki, evdən çıxmaq, vətəndaşlara qadağan olduğu halda, tibb işçiləri, mətbuat mənsubları, çörəkçilər, və dövlət məmurları istisna edilib.
Polislər, 48 saat boyunca vətəndaşları «Yanlış hərəkətlər haqqında» qanuna görə, 3 min 150 lirə, ümumilikdə isə 3 min 542 lirə cərimə ediblər.
Qadağa, 12 aprel, bazar günü, 00: 00-da başa çatıb. Qadağa ləğv edildikdən sonra şəhərdə böyük izdiham yaşanıb.