Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən, onun qaydaları pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən E.Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, polis şöbəsinə gətirilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.