Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA

 

“Xüsusi karantin rejiminin müddətinin artırılması vəziyyətdən asılıdır. Yoluxmanın dinamikası və qayda pozuntusu halları bugünkü kimi qalarsa, xüsusi karantin rejimi aprelin 20-dən sonra da artırıla bilər”. 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hər şey hadisələrin inkişafından asılıdır:

“Aprelin 20-dən sonra xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər. Vətəndaşlar arasında qaydaları pozanlar çoxdur. Külli miqdarda saxta jurnalist vəsiqələri və saxta icazələrlə dolaşırlar”.

 

2020-04-08 / 18:56
Facebook