Avropada COVID-19-la bağlı ölüm hallarının 95 faizindən çoxu yaşı 60-dan çox olan insanlar arasında baş verib.
“RİA Novosti”nin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge bildirib.
Klugenin sözlərinə görə, 50 faizdən artıq hallarda isə koronavirusdan ölənlərin 80 və ya 80-dən artıq yaşı olub. Onların 80 faizi bir və ya iki xroniki xəstəlikdən əziyyət çəkib.