Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib
Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz dayanmağa və durmağa görə cəriməni ləğv edib.
Bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
“Bu cəriməni tətbiq edərkən bildirmişdik ki, əsas məqsədimiz yollarda rahat hərəkəti təmin etməkdir. Hazırda yollarda rahat hərəkət var”, - o qeyd edib.