Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunarsa, bu siyahıya energetik içkilər də daxil ediləcək.