10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün

 

Məlum olduğu kimi, ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə bağlı “Bakı Metropoliteni”nin iş saatları da azaldılıb. Bu da metronun girişində sıxlığın yaranmasına səbəb olub. 

Sərnişinlər bunu metronun iş saatının 07:00-da başlaması ilə əlaqələndirirlər. Belə ki, onların sözlərinə görə, bir çox iş yeri saat 08:00-da açıldığı üçün metroya tez minmək uğrunda sanki yarış gedir. 

Xüsusi karantin rejiminin tələbinə görə isə 10-dan çox insan bir yerə toplaşmamalıdır. 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək, səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib.

2020-03-30 / 13:05
Facebook