Oqtay Şirəliyev: Görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılmasının qarşısı alınıb
Koronavirusla bağlı məlumat çıxan kimi Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və görülən tədbirlər nəticəsində pandemiyanın Azərbaycanda yayılmasının qarşısı alındı
Bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramında deyib.
Nazir bildirib ki, Azərbaycan vaxt itirmədən bu işə başladı:
"Bu yeni bir xəstəlik idi və onun laborator müayinələri çətin idi. Gecə ilə qardaş Türkiyədən Azərbaycana testlər gətirildi və şübhəli şəxslər o testlərdən keçirilərək nəzarətə götürüldü".