Operativ qərargahdan Türkiyədə qalan Azərbaycan vətəndaşları ilə bağlı xüsusi QƏRAR

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcək.  

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.  

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılıb.

Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda 14-28 günlük karantin rejimində saxlanılacaqlar. 

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 15 mart tarixində Türkiyədən Azərbaycana iki reys həyata keçiriləcək.

TK 332 IST-GYD - 08:55 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

TK 334 IST-GYD - 16:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün isə 15 martda iki reys həyata keçiriləcək.

TK 333 GYD-IST - 13:45 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

TK 335 GYD-IST - 20:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

 

2020-03-15 / 10:14
Facebook