Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi koronavirusla bağlı şayiə yayan tələbələrə ciddi xəbərdarlıq edib.
Bu barədə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.
Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub:
Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin üçüncü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb.
Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.