Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi əsasında 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəb binasının tikintisinə başlanılıb.
Bu barədə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış olub.