Sosial şəbəkələrdə sərnişinlərə maska satan şəxs saxlanılıb.
Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, sözügedən hadisə ilə bağlı Metropolitenin Polis Şöbəsinin əməkdaşları zəruri tədbir görüblər:
Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq inzibati məsuliyyətə cəlb edilib”.
B.Məmmədov onu da əlavə edib ki, bu kimi hallarla qarşılaşan şəxslərin dərhal metropoliten əməkdaşlarına məlumat vermələri rica olunur:
“İnsanlar ictimai mövqe nümayiş etdirməlidirlər. Metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir.
Elə bu əsasla bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən, bir sərnişin, bir vətəndaş kimi, bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.
Bütün sərnişinlərdən xahiş edirik ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını müəyyən edir, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir”.