Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Hatay Dövlət Xəstəxanasında müalicə olunan yaralı türk əsgər və zabitlərini ziyarət edib.
Bu barədə ölkəmizin Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.
X.İbrahim Azərbaycan dövləti adından yaralılara şəfa diləyib. Həmçinin, onlara Azərbaycan sovqatları təqdim olunub.