Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib.
Hücum nəticəsində Türkiyənin 33 əsgəri şəhid olub. Bu barədə Hatay valisi Rahmi Doğan açıqlama yayıb.
Onun sözlərinə görə, xeyli sayda ağır yaralılar var. Yaralılar Cilvegözü sərhəd qapısından Türkiyəyə gətirilib və xəstəxanalara yerləşdiriliblər:
"Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Millətimizin başı sağ olsun. İctimaiyyəti məlumatlandırmağa davam edəcəyik.
Xəstəxanalarda bütün tədbirlər görülüb, tibbi heyətin hamısı iş başındadır. İnsanların xəstəxanaların ətrafına toplaşmamasını xahiş edirəm”.