İrandan gələn iki nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi

 

 

“İrandan Azərbaycana gələn koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən iki nəfərin təvəllüdü məlum olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir əlaqələri olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

2020-02-24 / 16:41
Facebook