“Bizim gücümüz insanlarımızdır” - Video

 

 

17 saylı Yasamal üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Elnur Allahverdiyev təşviqat kampaniyası ərzində gördüyü işlər barədə video-müraciət ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, namizəd təqribən 3 həftə ərzində Yasamalın Sovetski deyilən hissəsində 60-a yaxın evdə olduğunu, sakinlərin problemlərini və arzularını dinlədiyini vurğulayıb:

“Camaata güvənərək yola çıxdım. Onlarla işləmək, ünsiyyət yaratmaq, insanlarımızı daha yaxından tanımaq,  gələcəyə doğru yeni-yeni naliyyətlər bölüşmək istəyirəm. Hər dəfə qeyd edirik ki, bizim gücümüz insanlarımızdır. Birinci gündən qapı-qapı gəzib seçicilərimizlə görüşmüşük. Bu gün Azərbaycan xalqının birliyə çox böyük ehtiyacı var”.

 

2020-02-06 / 11:01
Facebook