Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

 

 

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib.

Qeyd olunub ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv olunub. O, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. 

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin R.Camalovun namizədliyinin qeydə alınması ilə bağlı qərarı ləğv olunub.

Xatırladaq ki, R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.

2020-02-05 / 17:09
Facebook