İmişli Şəkər zavodunda çalışan fəhlələrin problemi həll olundu

 

 

İmişli Şəkər Zavodunda cari təmirlə bağlı yaranmış iş fasiləsi aradan qaldırılaraq işçilər yenidən işlə təmin olunub.

İmişli İcra Hakimiyyətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, hazırda İmişli şəkər zavodunda işdən çıxarıldığı deyilən işçilərlə zavod arasında yaranmış narazılıq aradan qaldırılıb və zavod gündəlik iş fəaliyyətini davam etdirir.

Qeyd edək ki, İmişli Şəkər Zavodu Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir. Zavodda 1400 nəfər çalışır.

 

 
2020-01-24 / 10:56
Facebook