“Azərbaycanda parlament seçkilərində çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq”. Secki-2020.azsaytı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.
O bildirib ki, ABŞ Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir.
Səfir vurğulayıb ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.
Li Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır. “Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidələrini də izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”.