Xanhüseyn Kazımlı sosial şəbəkədə yayılan məktubdan danışdı

 

 

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə onun adından yayılan məktub barədə açıqlama verib.

Açıqlamasında millət vəkili bildirib ki, nə özü, nə partiyası Prezident İlham Əliyevin adına belə bir müraciət ünvanlayıb:

"Biz həm partiya olaraq, həm də bir millət vəkili kimi hər zaman cənab Prezidentin kursunu dəstəkləmiş, tövsiyələrini əsas götürmüşük. Dövlət başçısının islahat kursuna sadiqik və fəaliyyətimizdə bu tezisləri əsas götürürük. Yayılan müraciətə gəldikdə isə, o saxtadır, kimlərsə tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılıb. Həmin müraciətin şəklinə diqqətlə baxanda orda fotoşopun izlərini aydın şəkildə görmək olur. Göründüyü kimi, orda nə imzamız, nə də möhürümüz var".

2020-01-10 / 16:46
Facebook