Sahib Ələkbərov: Dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib

 

 

Bu ilin yanvar-noyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib.

Bunu Vergilər Nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il 103 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 mln. nəfər olub.

Nazirlik rəsmisi vurğulayıb ki, son 4 ayda kənd təsərrüfatı sahəsində uçota alınma ilə bağlı xeyli irəliləyiş olub. Bu müddətdə 75 minə yaxın vergi uçotunun qeydiyyata alınması öz həllini tapıb: "Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına öz təsirini göstərəcək. Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 milyon manat artıq vəsait daxil edilib. 11 ay ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 518 milyon manat çox olub. 2019-cu ildə 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 milyon nəfər olub".

2019-12-28 / 15:51
Facebook