Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında Akademiyaya birinci vitse-prezidentlər seçilib.
İclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması qərara alınıb.
Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik Isa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İbrahim Quliyev seçilib.
Hesablama Komissiyasının sədri Urxan Ələkbərov səsvermədə heç kəsin namizədin əleyhinə səs vermədiyini söyləyib.