Zelenski prezident kimi ilk səfərlə bu gün Azərbaycana gəlir

 

 

Ukrayna Prezidenti Vladimir Zelenski 16-17 dekabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla danışıqları planlaşdırılıb.

Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Bundan əlavə, Ukrayna və Azərbaycan rəhbərləri Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər. Daha sonra Bakıda Vladimir Zelenskinin Ukrayna Azərbaycan icmasının nümayəndələri ilə görüşü olacaq.

Qeyd edək ki, bu, Zelenskinin prezidentliyi dövründə Azərbaycana ilk səfəridir.

2019-12-16 / 12:27
Facebook