Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul edib

 

 

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclasda Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində sorğusuna baxılıb.

İclasda sorğuya müsbət rəy verilib.

Xatırladaq ki, noyabrın 28-də Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlamışdı.

Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

2019-12-04 / 14:19
Facebook