Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm.
Bu barədə Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək:
“Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.
Qeyd edək ki, Milli Məclisin deputatı A.Abiyevin 82 yaşı var.