Yeni Baş Nazir kadr islahatlarına başladı

 

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarılıb.

Bundan başqa, Ə.Əsədovun sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad ediliblər.

Ə.Əsədovun digər sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin ediliblər.

Məlumata görə, kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.

2019-10-23 / 12:59
Facebook