Azərbaycanda 2023-cü ildə orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq - PROQNOZ

 

Azərbaycanda orta aylıq əməkhaqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

"APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 544,6 manat olub.

2019-10-23 / 12:44
Facebook