İranın bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb

 

 

Bu gündən İranın Şərqi Azərbaycan əyalətinin bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb. 

Bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib. 

“Şərqi Azərbaycan əyalətinin təhsil-təlim şurasında bu barədə qərar qəbul edilib. Qərarda Azərbaycan dili pilot layihə çərçivəsində həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq tədris olunacaq”, - C. Paşayi vurğulayıb.

O bildirib ki, Azərbaycan dili IV və IX siniflərdə tədris olunacaq.  

Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan C. Paşayi qeyd edib ki, İran Konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir. 

Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək. 

Məlumata görə, artıq məktəblər və müəllimlərin sayı müəyyənləşib.

2019-09-23 / 13:03
Facebook