Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəbini "əsaslandırmağa" çalışıb. O, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə edib. Halbuki SSRİ vaxtı heç bir muxtariyyətə daxil olduğu respublikanın tərkibindən çıxmaq hüququ verilməmişdi.
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov N.Paşinyanın bəyanatını Oxu.Az-a şərh edib.
Sabiq nazir deyib ki, Azərbaycan indiki sərhədləri daxilində BMT-yə üzv olub:
Politoloqun sözlərinə görə, N.Paşinyanın əsas məqsədi hərbi əməliyyatları bərpa etməkdir:
"İndiki mərhələdə Ermənistan hərbi əməliyyatlara başlasa, Azərbaycan buna ciddi şəkildə, güc istifadə etməklə layiqli cavab verəcək. Yəni Paşinyan hərbi əməliyyatlara başlasa, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".