Şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova dəfn mərasimindən sonra jurnalistlərə qısa açıqlama verib.
O bildirib ki, Rəşadın qayıdacağına inanırmış: “Rəşadın məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq.
Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı. O, mərd və vətənini sevən, gözəl qəlbli və təmiz, pak hisslərlə yaşayan bir insan idi. Onun iki gül balası da adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər bir övlad kimi yetişəcəklər”.