Hərbi Hava Qüvvələrinin gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış “MiQ-29” təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyən edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti dövlət qurumlarının və xidmətlərin nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi hissələri sudan çıxarılıb.
Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.