İlham Əliyev: Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır

Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır.

Bunu Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

 Dövlət başçısının sözlərinə görə, baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur:

“Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

2019-08-01 / 10:42
Facebook