Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinin (ZRK) komponentlərinin ilk partiyası Ankaraya tədarük edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, bu gün “S-400” sistemi komponentlərinin birinci partiyasının Mürted Hava Meydanına tədarükünə başlanılıb.
Xatırladaq ki, Türkiyə və Rusiya arasına sözügedən ZRK-nın alışına dair saziş 2017-ci ilin aprelində imzalanıb. Saziş çərçivəsində Türkiyəyə iki ədəd “S-400” batareyasının çatdırılması gözlənilir.