Ermənilər Tovuzda dinc sakinləri atəşə tutdu

 

 

Dinc sakinləri hədəf alıb, cəbhədə vəziyyəti daim gərgin saxlamaq istəyən Ermənistan ordusu yenidən təxribat törədib.

Düşmənin hərbi qüvvələri Tovuzun Əlibəyli kəndində sakinlərə atəş açıblar.

Kənd sakini 35 yaşlı Rəşad Əliyev biçin sahəsində traktorla ot toplayan zaman Ermənistan ordusu tərəfindən davamlı atəşə tutulub.

Kənd camaatı bildirir ki, son bir həftə ərzində həyətyanı sahələrə də ara-sıra atəş açıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

2019-07-10 / 11:16
Facebook