Milli Məclisin deputatları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilib

 

 

Azərbaycan Milli Məclisinin deputatları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif olunublar.

Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 27 may tarixli sərəncamı ilə Milli Məclisin deputatlarının hər biri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.  Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

2019-07-05 / 12:33
Facebook