"Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələri davam etdirir”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, təkcə partiyanın Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb.
S. Novruzov qeyd edib ki, Milli Məclisin deputatlarının hərəsi 500 manat məbləğində Silahlı Qüvvələrə Yardım Fonduna yardım ediblər: “Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulub. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq".