“Bir sıra KİV-də və sosial şəbəkələrdə Azərbaycanda Növbədənkənar Parlament Seçkilərinin Keçirilməsi ilə bağlı Milli Məclisin iclasının çağırılması barədə yayımış xəbərlər həqiqətə uyğun deyil”.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıqlamasında belə deyib.
“Doğrudur, millət vəkillərinin növbədənkənar iclas üçün toplanması nəzərdə tutulur. Amma bu MM-in yaz sessiyasında müzakirəsi və qəbul edilməsi başa çatmayan bir sıra qanun layihələrinin baxılması və müvafiq qanunların qəbul edilməsi ilə bağlıdır", - deyə məlumatda bildirilib
Qəbul ediləcək qanunlar prezidentin islahatlar kursuna xidmət edəcək.