Azərbaycan zabiti Rusiya Ümumqoşun akademiyasını qızıl medalla bitirib

 

 

İyunun 21-də Moskva şəhərində Quru Qoşunlarının hərbi tədris-elmi Mərkəzi “Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyası” dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.
Bu il bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Babək Ramaldanov fərqlənmə ilə bitirərək magistr diplomu və qızıl medal alıb. Ona Dövlət imtahan komissiyasının qərarı ilə “magistr” dərəcəsi verilib.
Qeyd edək ki, keçmiş Frunze adına Hərbi akademiya hazırda isə “Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyası”nda hərbi kadrların hazırlığı  14 magistratura proqramı və 74 əlavə ixtisas təhsili proqramı üzrə həyata keçirilir. Bu təhsil müəssisəsində 20-dən artıq dövlətdən 200-dən çox xarici hərbi qulluqçu təhsil alır.

2019-06-21 / 18:05
Facebook