Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onun ermənilərin hədəf dairəsinə düşməsi barədə məlumatlara münasibət bildirib.
Nazir bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub:
"Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də ki, bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir. Bunlardan az yazmaq lazımdır".