Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 zenit raket komplekslərinin alınması məsələsində geri addım atılmayacağını söylədi.
Ərdoğan bunu Ədalət və İnkişaf Pariyasının qrup yığıncağında etdiğı çıxışda bildirdi.
"Mən demirəm Türkiyə S-400 alacaq, mən deyirəm Türkiyə onları artıq alıb, bu bitmiş bir işdir. Onlar gələn ay göndəriləcək", - deyə Ərdoğan vurğuladı.
Prezident Ərdoğan Rusiya rəhbərliyindən S-400 raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı ABŞ rəhbərliyinin tənqidlərinə cavab verdi.
"Türkiyə S-400 müdafiə sistemlərini alacaq demirəm, almışdır. Biz bu işi bitirdik." deyə bildirən dövlət başçısı "S-400 sisemlərinin uyğun qiyməti ilə yanaşı biz birgə istehsal üçün də müqavilə imzalamışıq" dedi.
Prezident Ərdoğan Aralıq dənizindəki vəziyyətə də toxunaraq bildirdi ki, Türkiyənin və Kıbrıs Türklərinin haqqını, hüququnu, mənfəətlərini nəzərdə tutmayan heç bir addımın atılmasına icazə verməyəcəyik. Bununla bağlı seçimlər hər zaman masamızda olacaqdır.
Ərdoğan Suriyada yerləşən terror təşkilatlarına da münasibət bildirərək dedi ki, sərhədlərimiz boyunca yaradılması üçün cəhd göstərilən terror koridorunu Cerablus-Afrin xəttində, Şimali İraq ərazilərində necə aradan qaldırdıq, Fərat çayının şərqində də bu koridoru eyni şəkildə məhv edəcəyik.