ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmı situasiyaya görə Yaxın şərqə yeni qoşun birləşmələri göndərməyə hazır olduğunu bildirib.
Tramp bu barədə ötən gün beynəlxalq KİV-lərin Pentaqonun Mərkəz Komandanlığının sorğusu əsasında Yaxın Şərq regionuna 10 minə qədər əlavə hərbçi göndərməyə hazırlaşdığı haqda xəbəri şərh edərkən deyib.
ABŞ prezidenti bildirib ki, hələlik belə plan yoxdur, amma o ali baş komandan kimi İranla mübarizə üçün “istənilən sayda hərbçi” göndərməyə hazırdır. Tramp İranın “regionda təhlükəli oyunçu və terror ölkəsi” olduğunu deyib, əlavə edib ki, ABŞ İranın bu rolu ilə barışmaq niyyətində deyil.
“Əgər lazım gəlsə mən əlbətdə, qoşunları göndərəcəm. Nə qədər lazım olsa o qədər göndərəcəm”-Tramp belə deyib.
Xatırladaq ki, ABŞ İrana görə son həftələrdə regiona 5 minlik əlavə qüvvə, təyyarədaşıyan, desant gəmiləri və esminetslər, habelə strateji bombardmançılar göndərib.