Daşkənddə rus dilində çap edilən “Zvezda Vostoka” ədəbi jurnalında Azərbaycan yazıçısı Süleyman Hüseynovun “Başdaşı” hekayəsi çap olunub.
Hekayəni orijinaldan ədəbiyyatımızın dostu, şair və tərcüməçi Şəhla Qasımova tərcümə edib.
Ş.Qasımova indiyədək Azərbaycanın şair və yazıçılarının, o cümlədən Süleyman Hüseynovun şeir və hekayələrini özbək və rus dillərinə tərcümə edib, bu kitablar Bakıda və Daşkənddə çap olunub.
Ötən il Daşkənddə özbək dilində işıq üzü görən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Şəhla Qasımovadır.