Azərbaycan Türkiyədə keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında təmsil olunur

 

Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalına start verilib.

Türkdilli xalqların milli-mədəni irsinin ən geniş şəkildə nümayiş etdirildiyi festivalda ölkəmiz Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən təmsil olunur.

Festivalda müxtəlif xalqları təmsil edən nümayəndə heyətləri milli geyimlər və dövlət bayraqları ilə Antalyanın mərkəzi hissəsində yürüş ediblər.

Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunur.

Tədbirin əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır.

Qeyd edək ki, ölkəmiz bu il ilk dəfə rəsmi şəkildə tədbirdə iştirak edir.

2024-09-13 / 16:37
Facebook