Gənclik gələcəkdir!

Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinə xüsusi həssaslıqla yanaşılmasını  açıq-aydın görmək mümkündür.  Bu, heç də təsadüfi deyil. Gənclik aparıcı qüvvə olmaqla dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirir, həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə təminat verir. Gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik yeni nəslin formalaşması dövlətin parlaq inkişafının qarantı rolunda çıxış edir.
Gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir.
Hal-hazırda  Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edir. Gənclər cəmiyyətin aparıcı qüvəsi kimi qəbul olunmaqla  onların düşüncələri, fikirləri və təklifləri öyrənilir, müvafiq addımlar atılır. Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlamış, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşmışlar.
bu gün Azərbaycan gəncliyinin qarşısında həlli mürəkkəb bir sıra məsələlər dayanır. Bu problemlərin ən böyüyü, ən çətin düyünlüsü isə məhz Qarabağ problemidir. Hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Qarabağ həqiqətlərinin, Azərbaycan reallıqlarının dünya biriyinə çatdırılmasında, erməni vəhşiliyinin obyektiv qiymətləndirilməsində bütöv bir yumruq kimi birləşməlidir. Ümumilikdə isə biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi, Vətənimizin dinamik inkişafı naminə böyük səylə çalışmalıyıq.
 

Nailə Məmmədova
“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

2016-02-15 / 00:00
Facebook