Bütün yollar Qarabağa aparır...

Artıq bir neçə gündür ki, Ermənistanın atəşkəs rejimini pozaraq müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutması regionda müharibə ab – havası yaratmışdır. Rəsmi məlumatlara əsasən cəbhə bölgəsində gedən döyüşlər nəticəsində 13 şəhid vermişik və yaralananlar da olmuşdur. Bununla belə Ermənistan tərəfinin verdiyi çoxsaylı itkilərlə bağlı məlumatlar gizli saxlanır. Hər halda bu məlumatlar məhv olmaqda olan bir ölkənin daha da məhvinə aparıb çıxaracaq səbəblərdən olduğu üçün bu yola əl atılır.

Bu gün cəbhədə baş verən döyüşlər illərdir gözlənən səbrin daşdığını sübut edir. Bəs 90-cı illərdə baş verən Qarabağ müharibəsi ilə bu günlərdə başlanan döyüşlər arasında fərq nədir? Təbii ki, Azərbaycanın yüksək inkişaf etmiş ordusu və Ermənistanın tükənməkdə olan gücü…

Bu gün Azərbaycan sübut etmişdir ki, o Cənubi Qafqazın hər cəhətdən ən inkişaf etmiş ölkəsidir. Azərbaycan beynəlxalq aləmdə bir çox güclü dövlətin strateji tərəfdaşı səviyyəsinə yüksəlmişdir. Azərbaycan güclü siyasi iradəyə, güclü orduya malikdir. 4 milyard dollara yaxın hərbi büdcəyə malik olan dövlətimiz ən müasir silah, tank və artilleriya qurğuları ilə təchiz olunmuş orduya sahibdir.

Bütün bunlarla yanaşı daim sülhün tərəfdarı olmaq o demək deyildi ki, bizim müharibə etməyə gücümüz çatmır. Bu qədər müddətdə göstərmiş olduğumuz səbr sadəcə qan tökülməsin deyə idi. Daha neçə-neçə analar gözü yaşlı, neçə-neçə övladlar yetim, neçə-neçə ailələr başsız qalmasın deyə idi.

Lakin son hadisələr göstərdi ki, artıq düşmənə layiq olduğu cavabın verilməsinin vaxtı gəlib çatmışdır. Və özgəsinə quyu qazmağa çalışan ermənilər öz qazdıqları quyuya düşmək üzrədir. Azərbaycanın son günlərdəki güc nümayişi ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində süni şəkildə məskunlaşdırdığı əhalini köçürtməsinə və kütləvi əsgər itkisi ilə geri çəkilməyə məcbur etmişdir.

Bütün bunlar sübut edir ki, hər nə qədər sülhün tərəfində olsaq da, lazım gələndə müharibə ilə də olsa torpaqlarımızı geri qaytarmağa qadirik. Bu yolda şəhidlər versək də, son nəticədə Azərbaycan Bayrağı Qarabağda dalğalanacaq!!!

Ləman Xəlilova

“Azerbaijan Realities”
 

2014-08-25 / 00:00
Facebook